Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Qarabağda Bərpa,Tikinti və İdarəetmə Xidməti 60 min ədəd şərab hazırladır

Qarabağda Bərpa,Tikinti və İdarəetmə Xidməti 60 min ədəd şərab hazırladır

Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin qalibi “Abşeron-Şərab” ASC olub.
Tender müsabiqəsinin şərtlərinə görə, “Abşeron-Şərab” ASC-yə məxsus zavodun ərazisində 750 ml.-lik həcmdə qablarda olan 59 min 700 ədəd şərab hazırlanacaq.
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti bu məqsədlə  “Abşeron-Şərab” MMC –yə 567 min 90 manat ödəyəcək.
Rəqəmlərdən də göründüyü kimi 750 ml.-lik həcmdə qabda olacaq şərabın 1 ədədi 9,5 manata hazırlanacaq.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …