Çərşənbə axşamı , Dekabr 5 2023
Ana səhifə / Sosial / Qarabağa işləməyə getmək istədi, adına başqa bir iş çıxdı – VİDEO

Qarabağa işləməyə getmək istədi, adına başqa bir iş çıxdı – VİDEO

Qarabağda işləmək üçün müracət edən bərdə sakini gözləmədiyi bir mənzərə ilə qarşılaşıb.  Məlub ki, sən demə o, işsiz deyilmiş. Özüdə 1 yox, 2  şirkətdə işləyirmiş. Həmdə yüksək əmək haqqı müqaviləsi ilə…  

Belə ki, hadisə Bərdədə yaşayan Səxavət Fərzəlizadənin başına gəlib. O bunu bir müddət əvvəl iş üçün müraciət edərkən öyrənib. 

Səxavət Fərzəlizadə deyir ki, düşdüyü bu vəziyyətə görə  iş tapa bilmir. İndi vətəndaş adına olan bu işlərdən çıxmaq  istəyir.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, əmək müqaviləsi hər iki tərəfin iştirakı və razılığı əsasında bağlanır. Vətəndaş üzləşdiyi problemi məhkəmə yolu ilə həll etməlidir. 

Səxavət Fərzəlizadə sözügedən şirkətləri Bakıda axtarsa da onların yerini  tapa bilməyib. O baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət  edib. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 

Həmçinin oxuyun

Sabahın duman, yağış, qar olacaq – PROQNOZ

Dekabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron …