Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Qarabağ separatçılarının lideri Britaniya parlamentində çıxış etdi

Qarabağ separatçılarının lideri Britaniya parlamentində çıxış etdi

Dağlıq Qarabağdakı separatçı rejimin lider Bako Saakyan Londona səfəri çətçivəsində Böyük Britaniya parlamentində çıxış edib.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qarabağ separatçılarının rəhbəri Bako Saakyan çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışıb.

O həmçinin bildirib ki, “Dağlıq Qarabağ Respublikası” Birləşmiş Krallıqla əlaqələrə xüsusi önəm verir.

“Beynəlxalq siyasətdə demokratiya və Avropa sivilizasiyasının beşiyi olan Böyük Britaniya ilə əlaqələrin qurulmasında maraqlıyıq”,-deyə separatçı lider qeyd edib.

Xatırladaq ki, Bako Saakyan Böyük Britaniyanın “Chatham House” Beynəlxalq Münasibətlər İnstitutunun dəvəti ilə Londona gedib. Lakin onun adı dəvət edilənlər siyahısından çıxarılsa da, burada çıxış etməsinə şərait yaradılıb.

Bako Saakyan ötən gün “Chatham House”da da çıxış edib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın