Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Qarabağ qətnaməsinin niyə keçmədiyi məlum oldu 

Qarabağ qətnaməsinin niyə keçmədiyi məlum oldu 

AŞPA-nın qış sessiyasında britaniyalı Robert Uolterin hazırladığı və Azərbaycanın işğal altındakı ərazilərindəki zorakılıq hallarına dair qətnamə layihəsinin səsvermədən niyə keçmədiyi məlum olub.

Belə ki, ermənipərəst amerikalı konqresmen Adam Şiff Amerikada nəşr edilən erməni qəzeti “Asbarez”in baş redaktoru Ara Xaçatryanla söhbətində dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nulandın bu işdə xüsusi rolunun olduğunu deyib.

“Mən qətnamə müzakirəyə çıxarılmazdan əvvəl ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət etdim. Mənfi mövqeyimi bildirdim və qeyd etdim ki, bu, Azərbaycanı dəstəkləyən, təktərəfli qətnamədir. Həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini dedilər”-Adam Şiff bildirib.

Konqresmen deyib ki, onların bu kimi səyləri sayəsində qətnamə layihəsi səsvermədən keçməyib. “Orada su ilə bağlı digər bir qətnamə də var idi. O, keçdi. Amma düşünürəm ki, ən destruktiv olanı keçmədi”, – Adam Şiff deyib.

Xatırladaq ki, Robert Uolterin qətnaməsində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı təsbit olunurdu. Qətnamə layihəsinin müzakirəyə çıxarılmasından əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri sənədin qəbulundan çəkinməyə çağıran bəyanat vermişdi.

Virtualaz.org

Virtualaz.org

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın