Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Qarabağ qətnaməsini niyə qəbul edilmədi? – ŞƏRH

Qarabağ qətnaməsini niyə qəbul edilmədi? – ŞƏRH

Xəbər verdiyimiz kimi AŞPA-nın bu gün keçirilən iclasında Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb.
AŞPA-nın plenar iclasında keçirilən müzakirənin sonunda hesabat tam şəkildə səsə qoyulub. Lehinə 66, əleyhinə 70 nəfər olmaqla, sənəd keçməyib.
Qarabağ qətnaməsinin qəbul olunmamasına səbəb nədir?
Millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, qətnamə layihəsinin qəbul olunmamasında müxtəlif amillərin rolu var: “İlk növbədə Ermənistan prezidenti Serj Sarkisyan onun fərqində idi ki, belə bir qətnamənin qəbul olunması son dərəcə real məzmun kəsb edir. Ona görə də Serj Sarkisyan bütün dünyada yaşayan erməni lobbi və diasporunun bu məsələdə həmrəylik nümayiş etdirməyə çağırmışdı. Həmrəylik isə ümumi sözdür. Bu ifadənin alt qatında gizli mətləblər yatır. Bu mətləblər odur ki, belə bir qətnamənin qəbul olunmaması üçün bütün imkanlardan, o cümlədən qətnamənin əleyhinə səs verə biləcək şəxslərə maddi baxımdan dəstəklənməsi daxildiri. Yəni, bu çağırışın arxasında korrupsiyadan tutmuş, istənilən cinayətə qədər gedilməsi nəzərdə tutulmuşdu”.
E.Nəsirov vurğulayıb ki, bu qətnamə layihəsinin qəbul olunmamasına görə ATƏT-in Minsk qrupunun üzərinə böyük məsuliyyət düşür: “ATƏT-in Minsk qrupu bir neçə dəfə, o cümlədən bir neçə gün öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində əsas sözün onlara məxsus olduğunu bəyan ediblər. Birgə bəyanatlarında AŞPA və digər beynəlxalq təşkilatlara Minsk qrupunun danışıqlar üçün qəbul olunmuş yeganə format olduğu xatırladılır. Vurğulanır ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz. Hesab edirəm ki, qətnamə layihəsinin qəbul olunmamasında Serj Sarkisyanın dünya ermənilərinə çağırışı və həmsədrlərin birgə bəyanatının rolu var.
Şübhəsiz ki, mübarizə bununla yekunlaşmır. Yəni, Azərbaycan tərəfi istənilən çətinliyə stimul kimi yanaşır. Ona görə də belə qətnamələrin qəbulu istiqamətində əvvəlkindən daha səmərəli fəaliyyət göstərəcək ki, nəticə hasil olsun”, – deyə E.Nəsirov vurğulayıb.
Politoloq Arzu Nağıyev qeyd edib ki, qətnamə layihəsinin qəbul olunmamasında həmsədrlərin son bəyanatının xüsusi rolu olub: “Ermənistan tərəfi qətnamə layihəsinin qəbul olunacağından ciddi narahatlıq keçirirdi. Ona görə də korrupsiyalaşmış Sarkisyan rejimi bütün imkanlarından istifadə edərək qətnamə layihəsinin qəbul olunmasının qarşısını aldı. Təbii ki, ATƏT-in Minsk qrupu həmsdərlərinin son bəyanatı da qətnamə layihəsinin qəbul olunmamasında öz rolunu oynadı”. AzVision.az

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın