Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Sosial / Qarabağ ermənilərinin “KVN” komandası Rusiyadakı yarışda iştirak edəcək

Qarabağ ermənilərinin “KVN” komandası Rusiyadakı yarışda iştirak edəcək

İşğalçı Ermənistan və Qarabağdakı separatçı rejim Rusiyada Azərbaycana qarşı daha bir təxribatı reallaşdırmağ hazırlaşır.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Dağlıq Qarabağdakı “Dağlarda toy” “KVN” komandası separat Moskva və şəhər ətrafında keçirilən yarışlarda iştirak etməkdən ötrü Rusiya paytaxtına yola düşüb.

Qeyd edək ki, bundan əvvəl həmin komanda Rusiyadakı yarışmada iştirak etmişdi. Hətta Azərbaycandakı etirazlara baxmayaraq, Rusiyadakı sponsorlar separatçı komandanı liqanın 8 ən güclülərdən biri olaraq qiymətləndirərək mükafatlandırmışdı. “KVN”Bu dəfə isə separatçıların komandası dörddə bir finalda yarışacaqlar. Bu barədə komandanın kapitanı Georgi Avetisyan da açıqlama verib və komandasının növbəti mərhələyə keçməsi üçün çalışacaqlarını deyib. Yarışma mayın 17-də keçiriləcək.

Son vaxtlar Qarabağ separatçılarının Rusiyada əl-qolu xeyli açılıb. 9 May tədbirləri zamanı Qarabağ ermənilərinin separatçı rejimin “bayrağı”nı qaldırmasına etiraz edən azərbaycanlılar polis təzyiqinə məruz qalmışdı. Hətta ermənilərdən bir neçəsi həyasızcasına azərbaycanlılardan polisə rəsmi şikayət də ediblər. İndi də “KVN” yarışmasında iştirak üçün onlara şans tanınması təsadüfi deyil. Özü də bu yarışma Azərbaycanlıların ən böyük diaspor təşkilatı olan ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məhkəmənin keçirildiyi günlərdə təşkil olunub. “Dağlarda toy” adlı erməni komandasının bu yarışa vəsiqə qazanması isə Azərbaycana qarşı ikiqat həqarətdir. Belə ki, 1992-ci ildə Ermənistan ordusu Rusiyanın dəstəyi ilə həyata keçirdiyi Şuşanın işğal əməliyyatını məxfi adını “Dağlarda toy” adlandırmışdı…

Azərbaycanın müvafiq qurumlarının Qarabağ separatçılarını yarışdan kənarlaşdırmaq üçün hərəkətə keçməsi olduqca zəruridir.

Həmçinin oxuyun

Azərbaycanda nikah və boşanmaların statistikası açıqlanıb – RƏSMİ

Azərbaycanda bu ilin ilk dörd ayında qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb. Dövlət …

Bir cavab yazın