Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Qarabağ danışıqlarının detalları – İDDİA

Qarabağ danışıqlarının detalları – İDDİA

“Məndə dəqiq informasiya var ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin sonuncu dəfə üçtərəfli görüşündə “Lavrov planı” müzakirə olunub”.

Bu barədə erməni politoloq Tatul Akopyan Rusiya mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqların gedişatında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının Azərbaycana qaytarılması nəzərdə tutulur: “Dağlıq Qarabağa daha yüksək səviyyəli status verilir. Bunun qarşılığında Ermənistan Dağlıq Qarabağdan öz qoşunlarının çıxaracaq”.

Erməni ekspert əlavə edib ki, Azərbaycanda son vaxtlar müharibə çağırışlarının azalması da Qarabağla bağlı mühüm danışıqların aparıldığını deməyə əsas verir.

“Görünür, Moskva Bakıya ərazilərin qaytarılması ilə bağlı vəd verir”, – deyə o bildirib.(Publika.az)

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın