Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Sosial / Qarabağ: danışıqlar və hərbi təlimlər başlayır

Qarabağ: danışıqlar və hərbi təlimlər başlayır

Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq bu gündən etibarən qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimləri keçirilir.
Müdafiə Nazirliyinin ötən həftə yaydığı rəsmi məlumatda deyildiyi kimi  müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlər iyunun 24-dək davam edəcək.
Təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.
Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib.
Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir.
Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.
Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılacaq.
Təlimin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək.
Xatırladaq ki, bu gün eyni zamanda Qarabağ münaqişəsinin nizamlanmasına dair Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında danışıqlar keçiriləcək. (virtualaz.org)

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …

Bir cavab yazın