Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Qarabağ əlilləri və şəhid ailələrinə ev veriləcək

Qarabağ əlilləri və şəhid ailələrinə ev veriləcək

Yaxın zamanlarda Şamaxı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 4 mərtəbəli, 36 mənzilli yaşayış binası istifadəyə veriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Qeyd olunub ki, tərəfindən respublikamızın bütün bölgələrində olduğu kimi, Şamaxı rayonunda da Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin yeni mənzillərlə təminatı üçün müvafiq işlər aparılır.

Ötən dövrdə rayonda çoxmənzilli və fərdi yaşayış evləri tikilərək Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinə təqdim olunub.

Bu sahədə işlərin davamı olaraq, Şamaxı rayonunda qeyd olunan insanlar üçün daha bir 4 mərtəbəli, 36 mənzilli yaşayış binasında tikinti işləri artıq yekunlaşıb. Hazırda binaya xarici xətlərin (işıq, qaz, su) çəkilməsi üçün müvafiq qurumlarla birgə işləri görülür. Yaxın zamanlarda yaşayış binasının Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunan mənzillərin bölgüsü rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən Nazirliyə təqdim edilmiş və Nazirliyin www.mlspp.gov.az saytında yerləşdirilmiş növbəlilik siyahıları əsasında həyata keçirilir. Şamaxı rayonunda inşa edilmiş binadakı mənzillər də rayon İH tərəfindən 11 aprel 2014-cü ildə Nazirliyə təqdim olunmuş növbəlillik siyahısına uyğun şəkildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim olunacaq.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …