Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Sosial / Qar Şamaxı-Qızmeydan yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb – FOTO

Qar Şamaxı-Qızmeydan yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb – FOTO

Şamaxı-Qızmeydan avtomobil yolunda güclü qar yağışı səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

“Report”un Şirvan bürosunun məlumatına görə, bu gün səhər saatlarından etibarən yağan güclü qar yolun, əsasən, 1, 8, 11, 12 kilometrliklərində problemlər yaradıb.

Şosenin 9 km-də nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb, yolun 5 km-lik dolaylı hissəsi buz bağlayıb.

Yolun qardan təmizlənməsi üçün Azərbaycan Avtomobil Dövlət Yolları Agentliyinin 8 saylı Məhdud Məsuliyyətli Cəmiyyətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Yol qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar” haqqınd ŞOK İTTİHAM – Dəhşət…

Aktualxeber.az-ın redaksiyasına şok effekti doğuracaq bir şikayət ərizəsi daxil olmuşdur. Bizə ərizə ilə müraciət edən …