Bazar ertəsi , May 20 2019
Ana səhifə / Sosial / Qanunsuz zibilliyə görə idarə rəisi 2000 manat cərimələndi

Qanunsuz zibilliyə görə idarə rəisi 2000 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakı şəhərində növbəti reyd keçirilib.

ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Qaradağ rayonu Buta gölünün ətrafında qeyri-qanuni tullantıların qalaqlanması faktı aşkar olunub.

Araşdırma zamanı ərazinin təmizliyinə cavabdeh şəxs Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Sanitar Kommunal Təmizliyi İdarəsinin rəisi Arif Teymurov barəsində protokol tərtib edilib.

A.Teymurov İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Həmçinin oxuyun

MDB-də ən az pensiyaçı da Azərbaycandadır, təqaüd də… – EKSPERT

“Azərbaycanda pensiyaçıların sayı az, təqaüdün məbləği isə aşağıdır”. Bunu iqtisadçı ekspert Qubad İbadoğlu özünün “facebook” …