Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Qanunsuz fəaliyyət göstərən daş karxanalarının işini polis araşdıracaq – RƏSMİ

Qanunsuz fəaliyyət göstərən daş karxanalarının işini polis araşdıracaq – RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisindəki daş karxanalarının yerin təkindən qanunsuz istifadəsinə görə polisə müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib. Qeyd olunub ki, həmin daş karxanalarının əməlləri cinayət tərkibi yaratdığı üçün polisə müraciət edilib: “Müraciət qum-çınqıl daşınması və daş karxanalarının qanunsuz istifadəsi ilə bağlıdır. Bununla bağlı 5 iş artıq araşdırılmaq üçün polisə təqdim olunub”.

Nazirlikdən deyilib ki, 2015-ci ildə qurum yerin təkindən qanunsuz istifadəyə görə prokurorluğa 22 iş göndərib.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …