Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Qalmaqallı məktəbin direktoru işdən çıxarıldı

Qalmaqallı məktəbin direktoru işdən çıxarıldı

Bakıdakı 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar.
Bu barədə  Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, bəzən təhsil müəssisələrində olmayan hadisələr barədə ajiotaj yaratmaq cəhdləri ikrahla qarşılanır: “Bu hal da göstərir ki, nöqsan olan yerdə qəti tədbir görülür. Yəni, təhsili idarəetmə qurumları nöqsanı gizlətmir. Əksinə nöqsanların aradan qaldırılmasında ən çox maraqlı tərəf təhsili idarəetmə orqanlarıdır”.

Qeyd edək ki, son vaxtlar bəzi KİV-lərdə sözügedən məktəblə bağlı qalmaqala səbəb olan məlumatlar yayılmışdı.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …