Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Qalmaqallı hüquq müdafiəçisi YAP-ın namizədinə rəqib oldu

Qalmaqallı hüquq müdafiəçisi YAP-ın namizədinə rəqib oldu

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən qeydə alınmış deputatlığa namizədi, politoloq Elman Nəsirova tanınmış hüquq müdafiəçisi rəqib olub.

Modern.az saytının məlumatına görə eyni dairədən “Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Vidadi İsgəndərovun da namizədliyi qeydə alınıb.
Qeyd edək ki, Vidadi İsgəndərov öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Məlumat üçün bildirək ki, 2011-ci ilin avqustun 27-də Vidadi İsgəndərov Göyçay Rayon Məhkəməsinin qərarı ilə seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma; seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmədə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçisi prezident İlham Əliyevin 2012-ci ilin dekabrın 26-da imzaladığı sərəncamla əfv siyahısına düşərək, azadlığa çıxıb.

Onun adı bir neçə dəfə müxtəlif qalmaqallarda hallanıb.

Həmçinin oxuyun

Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir – Video

Azərbaycanlı TIR sürücüsü üç aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir. Sürücü Aqil İsrafilov …

Bir cavab yazın