Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Qalmaqallı dairədən yeni xəbər – MSK məntəqənin nəticələrini ləğv etdi

Qalmaqallı dairədən yeni xəbər – MSK məntəqənin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, MSK üzvü Ramiz İbrahimov deyib ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Ağazadə MSK-ya müraciət edərək 17, 18, 26 saylı seçki məntəqələrində nəticələrin ləğvini xahiş edib: “O, müraciətində göstərib ki, həmin seçki məntəqələrində səslərin sayılmasında və səsvermə prosesində qanunsuzluq olub. Onun MSK-ya təqdim etdiyi videomateriallar da araşdırılıb və orada hansı seçki məntəqəsində pozuntunun olması aydın görünməyib. Ona görə də hesab edirik ki, 17, 18, 26 saylı seçki məntəqələrində nəticələrin ləğv edilməsi ilə bağlı şikayətə xitam verilməlidir. Çünki DSK daxil olmuş şikayətlərin araşdırılması prosesində 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib”.

R. İbrahimov təklif edib ki, MSK-nın apardığı araşdırmalara əsasən 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri də ləğv olunmalıdır. Təklif səsə qoyularaq qəbul edilib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın