Ana səhifə / Sosial / Qalmaqallı dairədə 3 məntəqə nəticəsi ləğv olundu

Qalmaqallı dairədə 3 məntəqə nəticəsi ləğv olundu

Noyabrın 1-də keçirilən Parlament Seçkilərində ən çox müzakirə olunan və gündəmdə qalan dairə 35 saylı Xətai 3-cü seçki dairəsidir.

Həmin dairədən “Qafqazinfo”ya daxil olan məlumata görə, dairənin 5, 10 və 11-ci məntəqələrinin nəticələri ləğv olunub. Bu nəticələrin sırıflanmasının sözügedən məntəqədəki seçkinin ümumi nəticələrinə təsir edib-etməyəcəyi isə hələ ki, bəlli deyil.

Xatırladaq ki, MSK tərəfindən 35 saylı dairədə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin qələbəsi elan olunsa da, digər iddiaçı Ümid Partiyasının sədri İqbal Ağazadə nəticələrdən narazı qaldığını bildirmişdi.

MSK isə öz növbəsində İqbal Ağazadənin etirazına əsasən bu şikayətin DSK-da baxılmasını tövsiyə etmişdi.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın