Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Qafqazda Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan formatı və İlham Əliyevin dəyərləndirməsi…

Qafqazda Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan formatı və İlham Əliyevin dəyərləndirməsi…

“Ümidvaram ki, ölkə iqtisadiyyatı tezliklə sözügedən formatlardan gələn dividendləri hiss edəcək”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin birinci rübündə bir çox xarici səfərlərdə olub, ölkəyə 10 xarici dövlət və hökumət başçısı səfər edib.
Bu barədə dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib. Prezident bütün bunları Azərbaycanın fəal xarici siyasət yürütməsi ilə əlaqələndirib.
Birinci rübdə Avropa Komissiyasının iki vitse-prezidentinin Azərbaycana gəldiyini, ABŞ-a səfəri çərçivəsində aparılan danışıqların səmərəli olduğunu, ölkələrimiz arasındakı əlaqələrin hər iki tərəf üçün yeni imkanlar açdığını, Birləşmiş Ştatların rəsmilərinin Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bəyanatlar verdiyini deyən Prezident İlham Əliyev onu da bildirib ki, artıq regionda yeni əməkdaşlıq formatı yaranıb: “Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatları regionda təhlükəsizliyin təmin olunmasına və əməkdaşlığın dərinləşməsinə xidmət edir”.
Bu üçtərəfli formatların Azərbaycan üçün hansı əhəmiyyəti var?
Ekspert Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin qeyd etdiyi əməkdaşlıq formatlarının ölkəmiz üçün böyük əhəmiyyəti var: “Bu formatlar əsasən regional iqtisadi layihələrin həyata keçirilməsində mühüm rol oynaya bilər. Formatından asılı olaraq hər bir dövlət bu layihələrdə bir yerdə olmaqla bərabər, eyni zamanda öz maraqlarından da çıxış edir. Çox müsbət hal kimi onu qeyd etmək lazımdır ki, bütün layihələrin həyata keçirilməsində Azərbaycan mühüm bir tərəf kimi çıxış edir və əsas söz sahibi olan dövlətdir. Bu isə Azərbaycana gələcəkdə daha mühüm layihələrin həyata keçirilməsində lazım olan diqqəti artırır. Buraya Avropanın enerji təhlükəsizliyindən tutmuş, Orta Asiyanın, Çin və digər dövlətlərin istər yükdaşıma, istərsə də karbohidratlarla bağlı müqavilələrdə iştirak etməsi üçün oynayacağımız rol da daxildir.
Artıq bu istiqamətdə mühüm razılaşmalar da var. Ümidvaram ki, ölkə iqtisadiyyatı tezliklə sözügedən formatlardan gələn dividendləri hiss edəcək”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın