Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Sosial / “Qadınların təhsilli, fəal olması vacibdir” – Komitə sədri

“Qadınların təhsilli, fəal olması vacibdir” – Komitə sədri

“Bu gün Azərbaycan qadınları ailədə olmağı, uşağa baxmağı daha çox istəyirlər. Halbuki biz qadınlarımızın inkişaf etməsini istəyirik”.

Bunu AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Komitə sədri bildirib ki, qadınların təhsilli, fəal olması vacibdir. “Evdar qadın və yaxud hansısa bizneslə məşğul olan, hardasa işləyən qadın təhsilli olmalıdır. Son dövrə qadın sahibkarların sayı 4 faiz təşkil edirdi. Hazırda onların sayı 30 faizə çatır. Bu onu göstərir ki, qadınların sahibkarlığa çox böyük marağı var. Bu, öz-özünə olmur. Buna dövlət dəstəyi göstərilir. Cənab Prezidentin tapşırığı var ki, Azərbaycanda sahibkarlıq inkişaf etsin. Biz də bu çərçivədə çalışırıq ki, qadın sahibkarlar da çoxalsın.

Ona görə də resurs mərkəzləri yaranır. Onlara xüsusi treninqlər keçirilir. Qadınlar bilməlidir ki, hansı risklər var, hansı problemlərlə rastlaşa bilərlər. Biz çox zaman görürük ki, qadınlarımızın çoxu qorxur, çəkinir. Amma biz onlara dəstək veririk, imkanlar yaradırıq. İlk addımlarında vəsaitlər də ayrılır ki, orta müəssisə aça bilsinlər”.

H.Hüseynova bildirib ki, qadınların bu işləri məişət formasında- gözəllik salonu, şirniyyat sexi səviyyəsində olmamalıdr: “Biz istəyirik ki, qadınlarımız daha çox inkişaf etsinlər, informasiya texnologiyaları, innovasiyalar sahəsində özlərini təsdiq etsinlər. Bizim elə istedadlı balalarımız, qızlarımız var ki, beynəlxalq səviyyədə özlərinə imic qazanıblar. Ona görə də biz onların hamısına dəstək verərkən onlar inkişaf edirlər”.

Həmçinin oxuyun

Pensiyalar yenə artacaq – Tarix açıqlandı

“Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60%-i …