Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Qadınları niyə 65 yaşında pensiyaya çıxardıq?”

“Qadınları niyə 65 yaşında pensiyaya çıxardıq?”

Deputat Vahid Əhmədov  “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu ilin büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində pensiya yaşının qaldırılmasını tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, o, pensiya yaşını qaldırmaqla ölkənin heç nə qazanmadığını qeyd edib:

“Biz pensiya yaşını çoxaltdıq. Qadınları da gətirib kişilərlə eyniləşdirdik. Amma bu, nəyə gətirib çıxardı, büdcəyə nə xeyir vardı? Mən heç cür başa düşmürəm ki, qadınları niyə 65 yaşında pensiyaya çıxardıq? Dünyada əksinə, bir işləyənə, bir pensiyaçı düşür. Amma pensiya yaşını artırmaqla nə qazandıq ki?!”

 

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …