Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Qadınlar kişilərdən 4 dəfə çox intihara cəhd edir, sadəcə…“

“Qadınlar kişilərdən 4 dəfə çox intihara cəhd edir, sadəcə…“

“Statistika göstərir ki, qadınlar kişilərdən 4 dəfə çox intihara cəhd edirlər”.

Bunu Yenisabah.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

Statistika əksini isbatlayır: 2021-ci ildə isə 612 inthar faktı qeydə alınıb. İntihar edənlərdən 438 nəfər kişi, 174 nəfər qadın, 46 nəfər yetkinlik yaşına çatmayan olub.

Bu il isə Azərbaycanda 102 intihar hadisəsi baş verib.

Kişilərin qadınlara nisbətən intihara daha çox meyl etməsinin səbəbini psixoloq Elnur Rüstəmov belə izah edib:

“Qloballaşma, informasiya əsrində stressin çox olması, ailədaxili konfliktlər, zərərli vərdişlərə meyl edənlərin sayının artması və s. amillər intiharlara səbəb kimi göstərilir. Bunlar insanın psixologiyasında mənfi iz qoyur, əhval-ruhiyyə tez-tez dəyişir, depressiya halları müşahidə olunur və bu, intihara gətirib çıxarır. 

İntihar etməklə intihara cəhd etmək arasında fərq var. Statistika göstərir ki, qadınlar kişilərdən 4 dəfə çox intihara cəhd edirlər. Lakin sadəcə cəhd edirlər, yəni hadisə intiharla nəticələnmir.

Ola bilər ki, qadınlarda intihar cəhdi ilə diqqəti hansısa məsələyə cəlb etmək istəyir. Kişilərdə isə intihar cəhdi daha konkretdir və ölümlə nəticələnir.

Bu gün intihar edənlər arasında uşaq və yeniyetmələr, heç bir xəstəliyi olmayan, ailəli şəslər var. Bizi narahat edən əsas məsələ budur. Bu problemlə bağlı maariflənmə və psixoloji dayanıqlılığı artırmaq lazımdır”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …