Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Sosial / “Qadını intihara, ölümə sürükləyəm insanlara ömürlük həbs belə azdır” – Xoşqədəm Hidayətqızı

“Qadını intihara, ölümə sürükləyəm insanlara ömürlük həbs belə azdır” – Xoşqədəm Hidayətqızı

“Bu aralar sosial  şəbəkələrə çox az vaxt sərf edirəm. Dünən axşam bu xəbəri oxudum və sabaha qədər gözümə yuxu getmədi. Bir anlıq evdə döyülən, qayınana, ər, daha nə bilim kimlər tərəfindən işgəncələrə məruz qalan onlarla qadının mənə gizli müraciətlərini, onların göz yaşı ilə yazılmış dərdlərini xatırladım. Görəsən, onlardan neçəsi bu bəxtsiz bacımız kimi həyatını itirib? Yetmədimi bu qədər qadının, uşağın ölümü? Nədir qadınların günahı?”

Bunu teleaparıcı Xoşqədəm Hidayətqızı bildirib.

“Bir etiraf da edəcəyəm: bu təzyiq, işgəncə təkcə ailə daxilində deyil, cəmiyyətimizdə də qadına qarşı nifrət püskürən, qadını linç etməyə çalışan şərəfini itirmişlər var. Məncə, qadınlara qarşı bu iyrəncliklərə son qoyulmalıdır. Ən ağır cəzalar tətbiq edilməlidir. Qadını intihara, ölümə sürükləyəm insanlara ömürlük həbs belə azdır!” – o qeyd edib

Həmçinin oxuyun

Sənədsiz evlərin qeydiyyatı nə yerdədir? – VİDEO

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması …