Salyan rayonunda zəhərlənmə hadisəsi baş verib.
Hadisə Qaraçala qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 36 yaşlı Xanım Ağasən qızı sirkı turşusu içərək, zəhərlənib.
Xanım İsgəndərova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaxınları onun sirkə turşusunu bilməyərəkdən içdiyini bildirirlər. Lakin olayını özünəqəsd ola biləcəyi də istisna edilmir.
Faktla bağlı araşdırma aparılır.