Şənbə , İyul 24 2021
Ana səhifə / Sosial / Qadın məhbus: “Bölgələrdəki ən gözəl qızları narkotikə çəkirlər” – VİDEO

Qadın məhbus: “Bölgələrdəki ən gözəl qızları narkotikə çəkirlər” – VİDEO

30 illik narkotik istifadəçisinin narkotiklə tanışlığı 18 yaşında başlayıb.

Xanım məhbus deyir ki, aludəçiliyinin əsas səbəbi düşdüyü mühit olub. Həyat yoldaşı həbsə düşdükdən sonra narkotikdən istifadəyə başlayan məhbus hər şeyin iradədən aslı olduğunu vurğulayır.

Artıq onun bir ayağında çürümə başlayıb. Xanım məhbusun sözlərinə görə, azadlığa buraxıldıqdan sonra həmin ayağı amputasiya edilməlidir.

Birinci dəfə sərhəddən narkotik maddə keçirməyə nail olan qadın növbəti cəhdində həbs olunub.

8 il azadlıqdan məhrum edilən məhbsun sözlərinə görə, həbs olunmaq narkotik istifadəçilərinin ömrünü uzadır: “Çünki bunun iki yolu var: ya ölməlisən, ya da tutulmalısan”.

Həmçinin oxuyun

Azərbaycanda COVİD-19: yoluxma kəskin artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər …