Ana səhifə / Sosial / Qadağan edilmiş pirotexnika Bakı piştaxtalarında

Qadağan edilmiş pirotexnika Bakı piştaxtalarında

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamı ilə paytaxtda pirotexnika məhsullarının bütün növlərininin satışı hələ 2001-ci ildən qadağan edilib. Ancaq 2018-ci il ərəfəsində hər yerdə-mağazalarda və kiosklarda Benqal şamlarının, “salyut” və “fəvvarə” fişənglərinin, partlayıcı “oyuncaqlar”ın çıdırğı alveri gedir.

Bəlkə Bakı meriyası öz qadağa qərarını ləğv edib?

BŞİH yanında Ticarət və xidmət Departamenti mətbuat xidmətinin başçısı Əliabbas Bağırov virtualaz.org-a bildirib ki, həmin sərəncam ləğv edilməyib və bu gün də qüvvədədir.

Bununla belə, Daxili İşlər Nazirliyi az qala hər gün xeyli pirotexnikanın aşkarlandığı barədə məlumat yaylr. Amma görünür, onların heç də hamısını aşkar etmək və satışdan yığışdırmaq mümkün olmayıb. Bunu ona görə deyirik ki, məsələn, Bakı dəmiryolu vağzalı meydanındakı mağaza və kiosklarda bu partlayan, qığılcım saçan və çox tez alışan məhsullarla alver, necə deyərlər, sadəcə tüğyan edir. Əllərində müxtəlif pirotexniki məhsullar tutan balaca oğlan uşaqları boğazlarına güc verərək müştəri səsləyirlər. Kifayət qədər böyük olan “Bolşoy prazdnik” mağazasının satıcısı da heç nədən çəkinmədən bizə nəzakətlə pirotexniki məhsulların bir neçə növünü təklif etdi.

Hüquq müdafiəçisi Murad Sadəddinovun fikrincə, pirotexnika məmulatlarıının satışının qadağan edilməsi tam əsaslandırılmayıb: “Vətəndaşlar hüquq-mühafizə orqanlarına daim şikayət edirdilər ki, uca səsli pirotexniki vasitələrin partladılması onları qorxudur, narahat edir və bəzən hətta yanğına səbəb olur. Bu mənada pirotexniki məmulatların praktik olaraq açıq-aşkar satışı onları haqlı olaraq hiddətləndirir. Düşünürəm ki, bu məhsulların reklamını və satışını qəti surətdə qadağan etmək lazımdır”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …