Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Qaçqınkom” sədri müğənni Tacirə verdiyi sözü tutmadı — Məhkəmə anasını küçəyə atır

“Qaçqınkom” sədri müğənni Tacirə verdiyi sözü tutmadı — Məhkəmə anasını küçəyə atır

Tanınmış müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyeva yaşadığı mənzildən çıxarılır.
“Ölkə.Az”-ın redaksiyası ilə əlaqə saxlayan sənətçi bildirib ki, məhkəmə icraçıları onun anasını və vəfat etmiş qardaşının ailəsini mənzildən zorla çıxarırlar:
“Anama qarşı kobud davranırlar. Deyirik ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bizi evlə təmin etsin, sonra çıxaq. Amma xeyri yoxdur”.
Qeyd edək ki, S.Allahverdiyevanın sözügedən mənzildən çıxarılması barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. “Qaçqınkom” sədri Rövşən Rzayev isə bir neçə gün öncə T.Şahmalığlunu qəbul edərək, anasının mənzil problemini həll edəcəyini söyləmişdi.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …