Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Sosial / Qabil Hüseynli fikirlərinin təhrif olunduğunu deyir – “…fikir mənə məxsus deyil”

Qabil Hüseynli fikirlərinin təhrif olunduğunu deyir – “…fikir mənə məxsus deyil”

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu verdiyi son müsahibədə  politoloq Qabil Hüseynli ilə bağlı bəzi fikirlər səsləndirib. Sabiq dövlət müşaviri isə Azvision.az saytına verdiyi açıqlamada həmin məqamlara aydınlıq gətirib. Strateq.az-la əlaqə saxlayanQabil Hüseynli bildirdi ki, sözügedən sayt onun fikirlərini təhrif edib: “Məqalənin başlığını belə qoyublar – “Eldar Sabiroğlu guya iqtidara sadiq olub?” Mətni oxudum, məndən müsahibə götürən jurnalistin heç öz yazdıqlarının içində  bu fikiri tapa bilmədim. Məsələyə bir qədər professional yanaşmaq lazımdır. Kimə hansı başlıq sərf edirsə, onu qoymaq olmaz. Bu, birmənalı şəkildə jurnalist obyektivliyi ilə ziddiyyət təşkil edir. Bir sözlə, saytın başlığa çıxardığı fikir mənə məxsus deyil”.

qabil.jpg

M.ƏLİ

Strateq.az

Həmçinin oxuyun

Təhsil Nazirliyi tələbələrə müraciət edib

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə nazirlikdən bildirilib. Qeyd …

Bir cavab yazın