Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Qərb kəşfiyyatı Əliyev-Sərkisyan anlaşmasını pozdu…”

“Qərb kəşfiyyatı Əliyev-Sərkisyan anlaşmasını pozdu…”

Xəbər verdiyimiz kimi bu gün Moskvada Ermənistan prezidenti Serj Sərkisyanla Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar olacaq. Analitiklərə görə danışıqların əsas mövzusu Qarabağdır. Çünki Putin hazırda Ermənistanla Azərbaycan arasında danışıqlarda faktiki olaraq yeganə nüfuzlu vasitəçidir və Rusiya prezidenti avqustun 8-də Bakıya səfəri zamanı münaqişənin nizamlanmasını müzakirə edib.

Hərçənd ki, nə Kremlin, nə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydıqları rəsmi məlumatlarda Sərkisyan-Putin danışıqlarında Qarabağ məsələsinin müzakirə olunacağı qeyd olunmur. RİA-Novosti agentliyinin bu görüş barədə analitik məqaləsində isə deyilir ki, Sərkisyan məhz Qarabağa görə Moskvaya çağırılıb.

Məqalədə deyilir ki, Ermənistandakı vəziyyət mürəkkəbdir, bəzi müxalifət partiyaları Qərbdən ciddi maliyyə dəstəyi alır və indiki hakimiyyəti devirməyə çalışır. Bu isə Qarabağ münaqişəsinə cəlb olunmuş ölkə üçün sadəcə olaraq intihar demək olardı.

“Serj Sərkisyanın İrəvandakı silahlı qiyamın yatırılmasında göstərdiyi qətiyyət bunu deməyə əsas verir ki, Ermənistan rəhbəri iqtisadiyyatla bağlı ciddi addımlara hazıdır və Putinə konkret təkliflər çatdıracaq. Görüşün əsas mövzusu isə Qarabağ olacaq”-məqalədə deyilir.

RİA Novosti bildirir ki, aprel döyüşlərindən sonra Putin Qarabağ məsələsində əsas söz sahibinə çevrilib. Bu isə Vaşinqtonda çoxlarının xoşuna gəlmir. “Ona görə də erməni KİV-lərində Rusiyanın guya Ermənistanı satdığı haqda təbliğat başladılıb, daha sonra Qərb xüsusi xidmət orqanları İrəvanda silahlı qiyam təşkil edərək Əliyevlə Sərkisyan arasında ilkin razılaşmanı pozub”-məqalədə bildirilir.

Kremlə bağlı Rusiya agentliyi yazır ki, bunun nəticəsində Ermənistan prezidenti üçün Azərbaycana güzəştə getmək çətinləşib. Və Serj Sərkisyan bu günkü görüşdə Putinə məhz bu situasiyanı çatdıracaq.

Qeyd edək ki, İrəvanda polis polkunun binasının ələ keçirilməsini Qarabağ müharibəsinin iştirakçılarından ibarət silahlı qrup törətsə də Qərbin maliyyələşdirdiyi KİV-lər və QHT-lər bu qiyama dəstək verib, Qərbdən maliyyələşən qruplar silahlılara dəstək olaraq aksiyalar təşkil edib.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın