Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Qərb bizim təkliflərimizi qəbul etsəydi, Dağlıq Qarabağ və…” -LAVROV

“Qərb bizim təkliflərimizi qəbul etsəydi, Dağlıq Qarabağ və…” -LAVROV

“Rusiya NATO ilə münasibətlərin istənilən inkişafında öz təhlükəsizliyini və suverenliyini müdafiə etməyə qadirdir”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbə heyəti ilə görüşündə deyib. O bildirib ki, NATO-nun avroatlantik regionda hərbi-siyasi vəziyyətin dəyişdirilməsi istiqamətində israrlı səyləri, o cümlədən Rusiya ilə həmsərhəd ərazilərdə hərbi mövcudiyyətini və infrastrukturunu gücləndirməsi xüsusi həyəcan doğurur: “Bu cür qeyri-konstruktiv fəaliyyətlərin təşəbbüskarlarına aydındır ki, hadisələrin istənilən inkişaf variantında biz öz ölkəmizin təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə təmin edə bilərik”.

Nazir qeyd edib ki, Rusiya məsuliyyətli dövlətdir və son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO Şurasında qəbul olunmuş bəyannamələrə sadiqdir: “Bu bəyannamələrdə tərəflərin Avroatlantika və Avrasiyada bərabər təhlükəsizlik məkanı formalaşdırmaq arzusu, eləcə də heç bir tərəfin öz təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər gətirəcək şəkildə möhkəmləndirməyəcəyi vədi əksini tapıb”.

S. Lavrov qeyd olunan bəyannamələrin kağız üzərində qalmasından təəssüfləndiyini ifadə edib: “Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı”.

Rusiya XİN-in rəhbəri həmin münaqişələr sırasına Dağlıq Qarabağ və Dnestryanı ərazidəki münaqişələri adi edib: “Ukrayna böhranı isə heç baş verməzdi”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın