Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Qərar açıqlandı: Lapşin Bakıya göndərilir

Qərar açıqlandı: Lapşin Bakıya göndərilir

Belarus Ali məhkəməsinin bloqqer Aleksandr Lapşin barədə çıxardığı qərar açıqlanıb.

Virtualaz.org xəbər verir ki, Ali məhkəmə bloqqerin vəkillərinin onun Azərbaycana ekstradisiyasına dair qərardan verdikləri şikayəti təmin etməyib.

Beləliklə, İsrail və Rusiya vətəndaşlığını daşıyan bloqqerin Azərbaycana verilməsi qərarı qüvvəyə minib. Onun elə bu gün Bakıya yola salınacağı gözlənilir.

*   *   *12:17

Belarusun Ali məhkəməsi bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair qərardan verilmiş şikayətə baxılmasını başa çatdırıb.

Virtualaz.org xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Natalya Şekina bildirib. Onun sözlərinə görə, məhkəmə işə baxmağa yarım saatdan da az vaxt sərf edib. Qərar isə yaxın dəqiqələrdə açıqlanacaq. Lapşin bu günkü məhkəmədə olmayıb. Əgər məhkəmə onun ekstradisiyasına dair qərarı qüvvədə saxlasa qərar dərhal qüvvəyə minəcək və Lapşin Azərbaycana göndəriləcək.

*   *  *11:21

Bu dəqiqələrdə Belarusun Ali məhkəməsi Rusiya və İsrail vətəndaşlığını daşıyan qalmaqallı bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair çıxarılmış qərardan vəkillərin verdiyi şikayətə baxır.

Virtualaz.org Belarus KİV-lərinə istinadən xəbər verir ki, Ali məhkəmənin bu işlə bağlı iclası qapalı rejimdə keçirilir. Lakin hökmün elan olunması açıq olacaq.

Belarus Baş prokurorluğu Lapşinin Azərbaycana ekstradisiyasına dair yanvarın 18-də qərar çıxarıb. Vəkillər bu qərardan Minsk məhkəməsinə şikayət veriblər. Lakin məhkəmə şikayəti təmin etməyib, vəkillər bu dəfə Ali məhkəməyə şikayət veriblər. Əgər Ali məhkəmə ekstradisiya qərarını qüvvədə saxlasa Lapşin elə bu gün Bakıya gətiriləcək. Azərbaycan hüquq-mühafizə orqanları Lapşini Qarabağa qanunsuz səfər etməkdə və ölkənin ərazi bütövlüyünə qarşı açıq çağırışlarda ittiham edir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın