Ana səhifə / Sosial / Qəbələyə güclü dolu düşdü

Qəbələyə güclü dolu düşdü

Bu gün günorta saatlarında Qəbələnin mərkəzinə, eləcə də Bum qəsəsbəsi, Həmizəlli kəndinin bir hissəsinə, Zarağan, Pirəlli, Vəndam, Aydınqışlaq kəndlərinə  dolu yağıb.

Qəbələyə güclü dolu düşüb

© SPUTNİK / ILHAM AHMADOVQəbələyə güclü dolu düşüb

Sputnik Azərbaycan-ın müxbirinin məlumatına görə, 25 dəqiqə davam edən dolu meyvə ağaclarına, bəzi yerlərdə ilə şəxsi təsərrüfata və əkinə ciddi ziyan vurub. Yerli fermerlər bildiriblər ki, yağan dolu səbəbindən bu il meyvənin bol olmasına ciddi sual altındadır.

Əksər ərazilərdə dolu nəticəsində çiçəklənən ağacların çiçəkləri məhv olub və bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.

Güclü dolu Oğuz rayonunda da müşahidə olunub. Rayonun Kərimli, Muxas, Bayan və Padar kəndlərində dolu daha çox təsir edib.

Qeyd edək ki, bir gün əvvəl Qax rayonuna da dolu düşmüşdü.

Həmçinin oxuyun

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputat

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata …