Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Qəbələdə qovaq ağacları kəsildi – Sənədlər prokurorluğa göndərildi

Qəbələdə qovaq ağacları kəsildi – Sənədlər prokurorluğa göndərildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Azinforum.az-a verilən məlumata görə, reyd zamanı Qəbələ rayonu Aydınqışlaq kəndi ərazisində köküstə yaş 40-92 sm diametrliyində 8 qovaq ağacının kəsildiyi və təbiətə 9400 manat məbləğində ziyan dəydiyi məlum olub.Araşdırma zamanı ağacların Qəbələ şəhər sakini Valeh Tahirov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …