Cümə , İyul 19 2019
Ana səhifə / Sosial / Qətərlə Azərbaycanın münasibətlərində heç bir dəyişiklik yoxdur

Qətərlə Azərbaycanın münasibətlərində heç bir dəyişiklik yoxdur

“Qatar Аirways” aviaşirkətinin təyyarələrinin Bakıya uçuşları əvvəlki qaydada – gündə iki dəfə olmaqla davam etdirilir. Uçuşların qrafikində heç bir dəyişiklik yoxdur. Bunu virtualaz.org-a aviaşitkərdəki mənbə bildirib.

Onun sözlərinə görə, bir sıra Yaxın Şərq və Afrika ölkələrinin hava məkanlarının Qətər aviaşirkəti üçün bağlanması Azərbaycana uçuşların rejimində hər hansı dəyişiklik yaratmayıb.

Hər həftə “Qatar Аirways” Azərbaycana 14 reys həyata keçirir ki. bu da 2016-cı ildə olduğundan iki dəfə çoxdur. Bu, Qətərdən Bakıya sərnişin axınının artması ilə əlaqədardır.

Mənbənin əlavə etdiyinə əsasən, bu günlərdə “Qatar Аirways” aviaşirkətinin Doha-Bakı reysinin ləğvi kommersiya baxımından irəli gəlib.

Həmçinin oxuyun

Azərbaycanda işləyən əhalinin sayı açıqlandı

2019-cu il iyulun 1-nə olan statistikaya görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 167,9 …

Bir cavab yazın