Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Qətər o addımı atmağa məcburdur” – POLİTOLOQ

“Qətər o addımı atmağa məcburdur” – POLİTOLOQ

Qətər əmiri Türkiyə səfərini və Ağ Evə dəvət təklifini ona görə təxirə salır ki, vəziyyəti daha da gərginləşdirməsin. Qətər bir neçə ölkədən dəstək alsa, onda faktiki olaraq Səudiyyə Ərəbistanı ilə düşmənçiliyini gücləndirmiş olacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Qətər əmiri Tamim bin Həməd əl-Taninin Türkiyəyə səfərini təxirə salması və Trampın Ağ Evə dəvət təklifini rədd etməsini şərh edərkən deyib.

Politoloqun fikrincə, Qətərin təcrid vəziyyətindən çıxmasına çox böyük ehtiyacı var: “Çünki Qətər varlı ölkə olsa da, iqlim şəraitinə görə ərzaq təhlükəsizliyi baxımından qonşu ölkələrdən asılıdır. Əsas quru sərhədi də Səudiyyə Ərəbistanı ilədir. Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələrinin çoxu diplomatik münasibətləri kəsib, bu isə siyasi məsələləri bir kənara qoysaq, iqtisadi baxımdan Qətərə çox böyük zərbədir.

Düşünürəm ki, yaxın zamanda Qətər vəziyyətdən çıxış yolu tapmağa çalışacaq. Bəlkə də Səudiyyə Ərəbistanın bir çox tələbini yerinə yetirsin. İddialar görə, Qətər beynəlxalq terrorçulara maliyyə dəstəyi, silah verir, Əl-Qaidə, Taliban və Müsəlman Qardaşlarının adı çəkilir.

İkincisi, İranla gizli əlaqələrə malik olmaqda ittiham edilir. Yaxın müddətdə Qətər geri addım atacaq. Artıq işartılar da var, Həmasın ofisi bağlanıb. Əgər iddialar doğrudursa, beynəlxalq terrorçularla əlaqələr kəsiləcək. Qətər vəziyyətin sabitləşməsi üçün barışığa gedəcək”.

Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə kralına “Siz Körfəzin baş tacı olmalısınız, qardaşlarınızı bir araya gətirməlisiz. Sizdən bunu gözləyirik” bəyanatını da şərh edib: “Ərdoğanın bəyanatı Türkiyənin barışdırıcı rol oynaması istəyindən xəbər verir. Türkiyə hər iki dövlətlə sıx əlaqədə olduğu üçün seçim etmək istəmir. Qətərin Türkiyədə 19 milyard dollar civarında yatırımları var. Türkiyə bundan da məhrum olmaq arzusunda deyil. Türkiyənin xarici ölkələrdən yalnız Qətərdə hərbi bazası var. Eyni zamanda Səudiyyə ilə münasibətləri korlamaq istəməz.

Eləcə də Rusiya bu cür düşünür. Qətər əmirliyi son zamanlar Türkiyə və Rusiyaya böyük investisiyalar yaradıb. Bütün bunları nəzərə alaraq Türkiyə çalışır ki, qısa zamanda barışıq olsun. Bunu Amerika da istəyir. Çünki Birləşmiş Ştatlarında Qətərdə böyük hərbi bazası var”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın