Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Sosial / “Qədir-Xum”un inzibatçısı cəzalandırıldı: İş məhkəməyə göndərildi

“Qədir-Xum”un inzibatçısı cəzalandırıldı: İş məhkəməyə göndərildi

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan nişan mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Qədir-Xum” restoranında təşkil edilən nişan mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan restoranın inzibatçısı Rüfət Ağaliyev barəsində inzibati protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. 

Həmçinin oxuyun

Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı – VİDEO

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib. Hadisə …