Cümə axşamı , May 26 2022
Ana səhifə / Sosial / Qəbirlərə baxım xidməti yaradılıb – Qiymətlər də məlumdur – VİDEO

Qəbirlərə baxım xidməti yaradılıb – Qiymətlər də məlumdur – VİDEO

Bakıda yerləşən qəbiristanlıqlardan birində bəzi məzarlar illərdir ki, baxımsız vəziyyətdədir.

Əraziyə atılan tullantılar isə ətrafda natəmizlik yaradıb.

Çəkiliş apardığımız zaman elə qəbirlərə rast gəldik ki, illərdir onun ziyarət edilmədiyi bəlli idi.

Yeri gəlmişkən, öz yaxınlarının məzarlarını ziyarət edə, təmizləyə bilməyənlər üçün artıq elan saytlarında ödəniş qarşılığında özəl şirkətlər tərəfindən məzarlara baxım xidməti təklif edilir. Şirkət tərəfindən məzarların təmizliyi və ətrafına çiçək əkimi də həyata keçirilir.

İnsanlar belə bir xidmətin yaradılmasını müsbət qarşıladıqlarını deyirlər.

Amma qanunvericiliyə əsasən, qəbiristanlıqların baxımı və idarəçiliyi yerli bələdiyyələrin tabeliyindədir.

Bununla belə, millət vəkili Azər Badamov hesab edir ki, qanun qəbiristanlıqlarda özəl xidmətləri qadağan etmir.

Qeyd edək ki, məzarlıqlara baxım xidmətləri aylıq və illik paket formasında insanlara təklif edilir. Aylıq paketlərin qiyməti 30-40 manat, illik paketlərin qiymətləri isə 300-400 manat təşkil edir.

Həmçinin oxuyun

Azərbaycanda əmək kitabçaları LƏĞV OLUNACAQ

Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.Bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. O bildirib …