Şənbə , Avqust 13 2022
Ana səhifə / Sosial / Qəbiristanlıqda tapılan qadın ayağı:İş nə yerdədir?

Qəbiristanlıqda tapılan qadın ayağı:İş nə yerdədir?

Bildiyiniz kimi, Xırdalan şəhər qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb. 

Ayaq bir neçə gün əvvəl 17:30 radələrində qəbiristanlığın mollası tərəfindən insan ayağı aşkar edilib. 

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertizaya göndərilib.  

Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə olunan geyimin parçası olması, həmçinin tənzifin olması ilə müəyyən edilib ki, aşkar olan ayaq cərrahiyə yolu ilə kəsilib. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru Anar Qafarov hələlik məsələ ilə bağlı yenilik yoxdur:

 “Hadisə Abşeron rayon prokurorluğu tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”. 

Həmçinin oxuyun

Kirayə evlər niyə bahalaşır? – Açıqlama

“Hazırda inflyasiyanın sürətlənməsi kirayə mənzillərin bahalaşmasına səbəb olur. Əsasən də yay aylarında nisbətən ucuz olan …