Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Sosial / Qəbirdən təkrar istifadə ediləcək

Qəbirdən təkrar istifadə ediləcək

Azərbaycanda qəbir yerindən təkrar istifadəyə hansı hallarda icazə veriləcəyi müəyyənləşib. 
 
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən qəbir yerindən yalnız dəfn olunmuş şəxsin Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər. Ailə Məcəlləsinə əsasn isə yaxın qohumlar valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılardır. Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra icazə veriləcək.
Ölmüş şəxsinin qəbiri köçürüldüyü halda öncəki qəbirdən ölmüş şəxslə qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə təkrar istifadə edilə bilər. Bu halla bağlı müddət məhdudiyyəti nəzərdə tutulmur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid” adı verildikdən sonra o, Şəhidlər  xiyabanında basdırılacağı halda onun qəbrindən qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə təkrar istifadə edilə bilər.

Həmçinin oxuyun

“Azəriqaz” məlumat yaydı: Güzəşt ediləcək

2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə …