Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Sosial / Qəbələyə və Şahdağa qatarlar hansı stansiyalardan yola düşəcək?

Qəbələyə və Şahdağa qatarlar hansı stansiyalardan yola düşəcək?

Qəbələyə dəmir yolu xətti Ləki stansiyasından dönməklə çəkiləcək. Bbunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, yeni yol Qəbələ Beynəlxalq Hava Limanına qədər uzanacaq: “Aeroporta qədər 57 km-lik dəmir yolu çəkiləcək. İşlər ilin sonunda başa çatdırılacaq”.

Bundan başqa, C.Qurbanov qeyd edib ki, hazırda Xaçmaz rayonu istiqamətində dəmir yolu xətti təmir olunur. Xudat stansiyasından Şahdağa qədər olacaq yolun layihələndirmə işləri aparılır: “Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı qış istirahət mərkəzini yeraltı tunellə dəmir yolu şəbəkəsinə birləşdirəcəyik”.

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb – Faktiki hava

Ölkə ərazisində bu gün saat 21:00-a olan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata …