Cümə , Noyabr 27 2020
Ana səhifə / Sosial / Putinin təsdiqlədiyi və Azərbaycanı düşündürən sənəd – Qarabağla bağlı öhdəlik YOXDUR

Putinin təsdiqlədiyi və Azərbaycanı düşündürən sənəd – Qarabağla bağlı öhdəlik YOXDUR

Rusiya-Ermənistan birgə qoşun qüvvələri anlayışı həqiqətdə mövcud deyil, bu, yalnız kağız üzərindədir.
Bunu rusiyalı hərbi ekspert Pavel Felqenhauer Vladimir Putinin Rusiya-Ermənistan birgə qoşun qüvvələrinin yaradılması haqqında sazişi təsdiq etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, belə qoşun növü yalnız Rusiya və Ermənistan prezidentlərinin birgə qərarı ilə müharibə təhlükəsi zamanı yaradıla bilər.
Pavel Felqenhauer Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə birgə qoşun növünün yaradılması haqda suala cavab verməyin çətin olduğunu da bildirib. Lakin Türkiyənin Ermənistanla münaqişəsi zamanı belə bir prosesin baş tutacağını qeyd edib.
“Qarabağla bağlı bu məsələyə cavab vermək çətindir. Ehtimal ki, Qarabağda müharibə başlasa, belə qoşun növü yaradılmayacaq. Türkiyə ilə münaqişə halında isə, ehtimal ki, bu baş tutacaq. Lakin bir şeyi də xatırlatmaq lazımdır ki, onsuz da Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur.
Bir sözlə, belə qoşun növünün yaradılması üçün şərtlər var, amma hazırda təsdiq edilən saziş təbliğat xarakteri daşıyır. Müqavilənin müddəaları sülh dövrünə şamil edilmir. Üstəgəl, bu sazişdə Qarabağla bağlı bənd və öhdəlik  yoxdur”-Felqenhauer bildirib.
“Fərz edək ki, Qarabağda 2016-cı ilin aprelindəki kimi əməliyyatlar olacaq. Bu halda birgə qoşun qrupunun yaradılması üçün Rusiya və Ermənistan prezidentlərinin birgə qərarı olmalıdır. Bəs Rusiya belə qoşun növünün yaradılmasını istətəyəcəkmi – çox güman ki, yox. Çünki Rusiya Azərbaycan və Ermənistanla eyni münasibət qurmaq istəyir”-deyə o əlavə edib. (modern.az)

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …

Bir cavab yazın