Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Putinin Qarabağla bağlı fikrinə deputatdan REAKSİYA

Putinin Qarabağla bağlı fikrinə deputatdan REAKSİYA

Rusiya prezidenti sonuncu Bakı səfərindən öncə “Azərtac”a müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən bildirib ki, “tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun”.

AzVision.az xəbər veirr ki, Rusiya prezidentinin fikirlərini şərh edən millət vəkili Sahib Alıyev deyib ki, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ probleminin bildirdiyi kimi doğrudan da “nə qalib, nə də məğlub tərəf olmadan” həllini istəyirsə, deməli hələ savaşın başlamadığı dönəmlərdəki vəziyyətə qayıdılmasını nəzərdə tutur: “Çünki məhz savaşdan sonra qalib və məğlub tərəf anlayışı ortaya çıxmışdı. Bu isə o deməkdir ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar vilayət statusunun verilməsi planlaşdırılır”.

S.Alıyevin fikrincə, erməni diasporu da proseslərin buna doğru getdiyindən xəbərdardır: “Yəqin Los Ancelesdə və Parisdə forpostbaşı Serj Sərkisyanın “dəfn olunması” və “asılması” faktları da bununla bağlıdır. Özü də maraqlıdır ki, bütün bu məzhəkələr Minsk qrupuna həmsədrlik edən ölkələrdə baş verir. Mən bunun təsadüf olduğunu və həmin ölkələrdəki bəlli çevrələrdən xəbərsiz edildiyini düşünmürəm”.

Əgər xatırlayırsınızsa, aprel döyüşlərindən sonra Rusiyanın Dağlıq Qarabağ probleminin tam da olmasa, müəyyən bir mərhələyədək həllində maraqlı göründüyü meydana çıxanda Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Serj Sərkisyanın “tabuta qoyularaq dəfn edildiyi” həmən Los Ancelesdə daşnaklarla görüş keçirmişdi. Bu görüşün keçirilməsində məqsədin nə olduğu isə bəllidir”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın