Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Putinin Qarabağ planı: Konkret təkliflər var

Putinin Qarabağ planı: Konkret təkliflər var

Dağlıq Qarabağın tənzimlənməsi üzrə öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, daha sonra isə prezidentlərin növbəti görüşü gözlənilir. Ancaq görüşün vaxtı, yeri və gündəliyi hələ məlum deyil. Rusiya xarici işlər nazirinin konkret təklifi var. Bunu Putinin də adına bağlayırlar.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, hazırda əsas məsələ sözügedən təkliflərin tərəflər üçün nə dərəcədə məqbul olmasıdır:

“Bütün bunların hamısı növbəti görüşlərdə dəqiqləşdiriləcək. Düzdür, təkliflər verilib, ancaq bununla bağlı münasibət bəlli deyil. İndi bu münasibət müəyyənləşəcək. Mövqelər yaxınlaşdırıldığı halda, düşünürəm ki, prezidentlərin görüşü hazırlanacaq. Yox, yaxınlaşdırlmadığı halda onda vəziyyət kifayət qədər mürəkkəbləşəcək. Danışıqlarda tərpəniş olmazsa, payızda vəziyyət gərginləşə bilər”.

Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburqda sonuncu görüşdən sonra Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ probleminin tənzimlənməsi üzrə növbəti dəfə Parisdə, daha sonra isə ABŞ-da bir araya gələcəyi gözlənilir.

Bundan öncə isə ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bir araya gələcəklər.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın