Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Putini Qarabağ vədindən daşındıran – Səbəb

Putini Qarabağ vədindən daşındıran – Səbəb

Apreldən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Rusiyadan səsləndirilənlər siyasətlə diplomatiyanın qarışığı olan fikirlərdir.

Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq danışıqlar prosesi ilə bağlı hazırkı durğunluğun səbəblərini açıb:

“Zənnimə, yaranmış tənəffüsün əsas səbəbi Rusiyanın hərəkətləridir. Moskva Aprel savaşından sonra xeyli vədlər vermişdi. Bunların içərisində Lavrovun dəfələrlə təkrarladığı 5 rayonun geri qaytarılması məsələsi xüsusilə vurğulanırdı. Hətta Ərdoğan Putinlə görüşdən sonra bunu şad xəbər kimi Azərbaycan ictimaiyyətinə çatdırdı. Rusiya isə bu məsələdə minnətlə erməniləri 5 rayonun geri qaytarılmasına güclə razı saldığını bəyan etdi. Əlbəttə, Dağlıq Qarabağın statusu məsələsi ilə əlaqədar Azərbaycanın müəyyən narazılıqları var idi. Görünür, Rusiya nədənsə xoflanaraq əvvəl verdiyi vədləri yerinə yetirməyə tələsmir. Rusiyalı politoloqlar bu ilin sonuna qədər təkcə 5 deyil, daha 2 rayonun geri qaytarılmasını, hətta böyük sülh sazişini belə proqnozlaşdırırdılar. Əlbəttə, bütün bunlar siyasətlə diplomatiyanın qarışığı olan fikirlərdir. Ancaq unutmaq olmaz ki, Rusiyanın yüksək səviyyəli rəsmiləri problemin həllinə dair birmənalı fikirlər səsləndirmişdilər”.

Lavrovun oktyabrın 14-də İrəvana gözlənilən səfərinə toxunan politoloq Dağlıq Qarabağ probleminin gündəlikdə olmadığını deyib:

“Dağlıq Qarabağ prosesi ilə bağlı danışıqlarda Rusiyanın hərəkətliliyində müəyyən fasilə yaranıb. Ola bilsin, diplomatik proseslər qapalı formada gedir. Ancaq hər halda ortada həmsədrlərin müəyyən imitasiyasından başqa heç bir şey yoxdur. Bütün bunlar təəssüf doğurur. Türkiyə də bu yaranmış vəziyyətdən xeyli təəccüblənə bilər, çünki türk liderinə də proseslə bağlı ciddi vədlər verilmişdi. Beləliklə, Rusiyanın bilavasitə aktiv olmaması və Amerikada gözlənilən administrasiya dəyişikliyindən dolayı hələ ki, problem yerindən tərpənmir”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın