Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / “Putindən də soruşuram, Siz bu postda qalarsınız, ya yox?” – Ərdoğan Putinə cavab verdi

“Putindən də soruşuram, Siz bu postda qalarsınız, ya yox?” – Ərdoğan Putinə cavab verdi

“Türkiyə ilə əlaqələrimizin inkişafı üçün əlimdən gələni etdim. Lakin son olaylar məni çox məyus etdi”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Fransanın paytaxtı Parisdə baş tutan Beynəlxalq İqlim Sammiti çərçivəsində deyib.

O, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmədiyini bildirdi:

“Hər iki tərəf üçün çox pis oldu. Şəxsən mən bu olaydan sonra dərindən sarsıntı keçirdim. Güman edirik ki, İŞİD terrorçuları bu bölgədən neft daşıyır. Məhz terrorçuların rahat neft daşıması üçün Su-24 vuruldu”.

Ərdoğanın Putinə cavabı gecikməyib: “Əgər İŞİD-dən neft aldığımız sübut edilərsə, mən bu postda qalmaram. Cənab Putindən soruşuram, Siz bu vəzifədə qalarsınızmı?”.

Türkiyə Prezidenti bildirib: “Türkiyənin İŞİD-dən neft aldığını demək əxlaqi sözlər deyil. Burada çox iddialı məsələni qaldırıram. Əgər bu, sübut edilərsə, mən bu postda qalmaram. Putindən də soruşuram, Siz bu postda qalarsınız, ya yox?”.

Axar.az

Həmçinin oxuyun

Azərbaycanda yenə koronavirusa gündəlik yoluxma 3 mini keçdi, 30 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb …

Bir cavab yazın