Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Putin Qarabağa görə ABŞ və Fransa prezidentlərinə zəng vuracaq – KREML

Putin Qarabağa görə ABŞ və Fransa prezidentlərinə zəng vuracaq – KREML

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Sankt-Peterburqda prezident Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün nəticələri haqda yaxın günlərdə Minsk Qrupunun digər həmsədrlərini məlumatlandıracaq. Bu haqda Kremldəki mənbə RİA Novosti-yə bildirib.

“Bizim rəhbər Minsk Qrupunun həmsədrlərini Piterdə Əliyev və Sərkisyanla keçirdiyi görüşün nəticələri haqda məlumatlandıracaq. Yaxın günlərdə. Telefon zəngləri edəcək”-mənbə deyib.

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş iyunun 20-də keçirilib. Görüşün nəticələrinə dair birgə yazılı bəyanat yayılıb. Bəyanata əsasən tərəflər atəşkəsin monitorinqinin gücləndirilməsi üçün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması, münaqişənin həllinə dair danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər. Azərbaycan prezidenti İlham Əliyev görüşdə əldə edilmiş nəticələr və müzakirələrin detalları haqda Silahlı Qüvvələr günü münasibətilə çıxışında geniş danışıb.

Virtualaz.org

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın