Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Putin: “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllini istəyir”

Putin: “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllini istəyir”

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllini istəyir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O, Ermənistan prezidenti Serj Sarqsyan ilə görüşdən sonra deyib ki, Ermənistan və Azərbaycan real olaraq Dağlıq Qarabağ böhranından xilas olmaq istəyir.

V.Putin vurğulayıb ki, Rusiya Yerevanla Bakı arasında gərginliyin azalmasında maraqlıdır və kompromisin əldə olunması üçün həll yollarının axtarılmasında yardımını davam etdirəcək: “Rusiya qonşuları arasında yaranmış gərgin münasibətin aradan qaldırılmasında maraqlıdır. Biz ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həll yolunun tapılmasında və Yerevanla Bakı arasında birbaşa əlaqələrin yaradılmasında köməyimizi davam etdirəcəyik. Ümidvarıq ki, Ermənistan və Azərbaycan bu münaqişədən nə qalib, nə də məğlub kimi çıxacaq, ümumi bir kompromis yolu tapılacaq”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın