Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Putin bu addımla Obamanı saymadığını göstərdi” — Zərdüşt Əlizadə

“Putin bu addımla Obamanı saymadığını göstərdi” — Zərdüşt Əlizadə

Obama administrasiyası hakimiyyəti təhvil verməyə bir neçə gün qaldığı halda rusiyalı 35 diplomatı “persona non grata” elan etdi.

ABŞ-ın bu addımına Rusiyanın sərt reaksiya verəcəyi gözlənilirdi. Amma Putin gözlənilənlərin əksinə addım atdı. Putin nəinki ABŞ diplomatlarını “persona non grata” elan etdi, eyni zamanda ABŞ səfirliyinin diplomatlarını yeni il şənlikləri çərçivəsində Kremlə dəvət etdi.

35 diplomatının “persona non grata” elan olunmasına cavab olaraq Rusiya tərəfindən ABŞ-ın Moskvada fəaliyyət göstərən səfirliyinin diplomatlarının uşaqları üçün 35 dəvətnamə göndərilib.

Politoloq Zərdüşt Əlizadə Putinin etdiyi siyasi gedişi Ölkə.Az-da şərh edib:

“Putinin atdığı bu addıma Donald Tramp səs verdi. Tramp bildirdi ki, mən həmişə bilirdim ki, Putin ağıllı adamdır və onun bu addımı uzaqgörən və çox ağılla atılmış bir addımdır.

Barak Obamanın “persona non grata” elan etdiyi şəxslər kəşfiyyatçılardır. Onlar rus kəşfiyyatçıları idilər və diplomatik çətir altında ABŞ-da fəaliyyət göstərirdilər. Rusiyadakı ABŞ səfirliyində də ABŞ kəşfiyyatçıları fəaliyyət göstərir. Putin hesab etdi ki, münasibətləri gərginləşdirmək lazım deyil və Obamanın atdığı addıma adekvat cavab vermədi.

Putin bu addımı atmaqla Trampın prezident kürsüsünə əyləşməsini gözləyir. Bu addımla Putin həm də bildirdi ki, Obamanı artıq saymıram, o, gedən prezidentdir, gələn prezidentlə danışmaq istəyirəm”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın