Cümə , Sentyabr 30 2022
Ana səhifə / Sosial / “Pulumuz batdı” – Rafael Cəbrayılovun borclu olduğu həkim

“Pulumuz batdı” – Rafael Cəbrayılovun borclu olduğu həkim

Bu gün mərhum deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Yayılan xəbərlərdə bildirilir ki, Cəbrayılov haqda belə qərar verilməsinə onun borclu olduğu vətəndaşların pulunu geri qaytarması əsas olub.

Bildirək ki, R. Cəbrayılovun borclu olduğu şəxslərdən biri də tanınmış ginekoloq Təranə Fətəliyeva olub.

“Yeni Sabah”a açıqlamasında Təranə Fətəliyeva bildirib ki, Elşən Cəbrayılovun borclarını ödəməsi xəbəri həqiqətə uyğun deyil: 

“Elşən Cəbrayılov borcu olan insanların pulunu qaytarmayıb. Əgər qaytarsa idi, bu qədər insan ondan şikayət eləməzdi. Bunu mən demirəm, borclu olduğu insanlar özləri deyirlər. Məlahət xanım, Bəşir müəllim, Zülfiyyə xanım və s. neçələri var ki, heç borclarını qaytarmayıb. Daha doğrusunu məhkəmə bilər, ancaq onlar deyir ki, hələ də pullar geri qaytarılmayıb”.

T. Fətəliyeva deyir ki, sabiq deputat Rafael Cəbrayılov vəfat etdiyi üçün pulunu ala bilməyib və Elşən Cəbrayılovla isə heç vaxt borcla bağlı münaqişəsi olmayıb:

“Rafael Cəbrayılovun mənə külli miqdarda borcu var idi. Məhkəmənin qərarı ilə dələduz sayıldı, ancaq vəfat etdiyi üçün məhkəmə işi bağlandı. Pulumu ala bilmədim. 

Ailəsi özü Elşən Cəbrayılovdan pullarını ala bilmədiyinə görə, mən ailəsindən də ala bilmədim. Xanımı deyir ki, mənim yoldaşımın pullarını Elşən mənimsəyib. Əgər Elşən bizim pulları versə, mən də sizin borcları qaytaracağam. O da, görünür, mümkün olan şey deyil. Mən pulumu Rafael Cəbrayılova vermişdim. Elşən onun yoldaşının pulunu verərsə, mən də ala biləcəyəm. Xanımının başqa qazanc yeri yoxdur axı, mənim pulumu necə verə bilər? Pulumuz batdı”.

Xatırladaq ki, mediada yayılan məlumatlara görə, R. Cəbrayılov T. Fətəliyevadan 300 min dollar pul alıb, bunun qarşılığında isə o deputat mandatını girov qoymuşdu.

Həmçinin oxuyun

Bakıda avtobus sürücüsü dəhşət saçdı – VİDEO

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb. 90 …