Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Pul yığan müəllimlərə ciddi xəbərdarlıq edildi

Pul yığan müəllimlərə ciddi xəbərdarlıq edildi

Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) 5 oktyabr Müəllimlər günündə pul yığılması ilə bağlı məktəb direktorları və müəllimlərinə xəbərdarlıq edib.

Belə ki, BŞTİ-nin rəhbəri Məhəbbət Vəliyeva müəllim peşəsinin ən şərəfli, məsuliyyətli peşə olduğunu qeyd edib:

“Bu adı şərəflə daşıyan təhsil işçiləri ümumtəhsil sahəsində çoxluq təşkil edir. Amma təəssüfedici haldır ki, mənfi hallarla da qarşılaşırıq. Bütün müəllimlərə deyirəm ki, işlədikləri müddətdə bu adın məsuliyyətini, şərəfini ləyaqətlə daşısınlar. Mənfi halların baş verməsinə şərait yaratmasınlar”.

M.Vəliyeva bildirib ki, BŞTİ qanunvericiliyin prinsiplərinə uyğun məktəblərin idarə olunmasına ciddi nəzarət etməklə yanaşı, tələb edir: “Mənfi hallar baş verdikdə idarə tərəfindən çevik addımlar atılır. Bundan sonra da belə olacaq”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …