Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Pul yığan müəllimlərə ciddi xəbərdarlıq edildi – Müəllimlər günü ilə bağlı…

Pul yığan müəllimlərə ciddi xəbərdarlıq edildi – Müəllimlər günü ilə bağlı…

Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) 5 oktyabr Müəllimlər günündə pul yığılması ilə bağlı məktəb direktorları və müəllimlərinə xəbərdarlıq edib.

AzVision.az xəbər verir ki, BŞTİ-nin rəhbəri Məhəbbət Vəliyeva müəllim peşəsinin ən şərəfli, məsuliyyətli peşə olduğunu qeyd edib:

“Bu adı şərəflə daşıyan təhsil işçiləri ümumtəhsil sahəsində çoxluq təşkil edir. Amma təəssüfedici haldır ki, mənfi hallarla da qarşılaşırıq. Bütün müəllimlərə deyirəm ki, işlədikləri müddətdə bu adın məsuliyyətini, şərəfini ləyaqətlə daşısınlar. Mənfi halların baş verməsinə şərait yaratmasınlar”.

M.Vəliyeva bildirib ki, BŞTİ qanunvericiliyin prinsiplərinə uyğun məktəblərin idarə olunmasına ciddi nəzarət etməklə yanaşı, tələb edir: “Mənfi hallar baş verdikdə idarə tərəfindən çevik addımlar atılır. Bundan sonra da belə olacaq”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …