Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Psixoloq serialların insan psixologiyasına təsirlərindən danışır

Psixoloq serialların insan psixologiyasına təsirlərindən danışır

“Bir ölkə digər ölkənin serialının yayımlanmasını qadğan edirsə, orada psixoloji deyil, siyasi amil axtarmaq lazımdır”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında tanınmış psixoloq Azad İsazadə deyib.

“Təəssüf ki, belə qadağalarda psixoloji amil nəzərə alınmır. Amma ümumiyyətlə serialdan-seriala da fərq var. Serial televiziyanın məhsuludur. Sözsüz ki, yayımlanan serialların arasında mənfi təsir göstərən seriallar da mövcuddur. Amma bunların insanlara psixoloji cəhətdən mənfi təsir göstərən amil kimi qiymətləndirmək doğru deyil. Ancaq serialların uşaqlara mənfi təsriləri ola bilər. Bu da valideynlərin məsuliyyətidir ki, hansı seriala baxmağa icazə vermək olar”.

Qeyd edək ki, ərəb dünyasının ən böyük teleyayımçısı MBC Group və onun Səudiyyə Ərəbistanından olan sahibi Valid əl-İbrahim və başqa ərəb investorlar martın 2-də “türk dizilərini” dayandırmaq qərarına gəliblər.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …